Ucuz arenda masin. AFN Rent A Car haqqında. Icare masinlar
+994 77 394 91 97
BİZ KİMİK?

AFN TRANSPORT MMC bir nəqliyyat şirkətidir.

Biz avtobusların, mikroavtobusların və minik avtomobillərinin günlük, həftəlik, aylıq və uzunmüddətli icarəsini təşkil edirik. Müştərilərimizin ehtiyaclarına uyğun çevik və rahat həllər təqdim edirik.
Şirkətimizin avtoparkında müasir standartlara cavab verən ən son model Sedan, Crossover & SUV,Minivan və Avtobuslar mövcuddur. Avtobuslarımız 5 nəfərdən 55 nəfərə qədər sərnişin tutumuna malikdir və komfortlu, geniş, təmiz vəziyyətdə istifadəyə təqdim olunur.
Biz dövlət və qeyri-dövlət təşkilatları, dövlət qurumları, federasiyalar, ali və orta təhsil müəssisələri, turizm şirkətləri, yerli və xarici şirkətlər ilə əməkdaşlıq edirik. Eyni zamanda, nəqliyyat icarəsi sahəsində fəaliyyət göstərən digər şirkətlər və təşkilatlar da xidmətlərimizdən istifadə edir.

20 il

təcrübə

100

Avtobus

100

minik avtomobil

99.99%

müştəri məmnuniyyəti
NİYƏ BİZİ SEÇMƏLİSİNİZ?

Şirkətimiz 20 ildən artıqdır ki, nəqliyyat icarəsi sahəsində fəaliyyət göstərir.

Tərəfdaşlarımız arasında GEO Travel, Paşa Travel, Konsis, Conco, SOCAR AQŞ, Caspian Events və Balaxanı Sənaye Parkı kimi tanınmış şirkətlər yer alır.
Fəaliyyətimiz dövründə bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin nəqliyyat xidmətlərini təşkil etmişik. Bu tədbirlərə 2012-ci ildə keçirilmiş Eurovision, 2014-cü ildə Qəbələ Atıcılıq Klubu Dünya Kuboku, 2015-ci ildə Bakı Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2018-ci ildə Cüdo üzrə Dünya Çempionatı, 2019-cu ildə UEFA çərçivəsində təşkil olunan tədbirlər və 2021-ci ildə keçirilmiş International Business Forum, 2018-ci ildə keçirilən Cüdo üzrə Dünya Çempionatı, 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresi,2024-cü ildə COP29, 2025-ci ildə Türk Dünyasını bir araya gətirən Yaylaq Festivalı, MDB Yarışları, UFC Döyüşləri, və s daxildir.
AFN Transport-a məxsus bütün nəqliyyat vasitələri mütəmadi olaraq dezinfeksiya olunur. Oturacaqlar, tutacaqlar, yük bölmələri və digər təmas nöqtələri daim təmiz saxlanılır və yüksək gigiyena standartlarına uyğun şəkildə nəzarətdə saxlanılır.

İcarə avtomobillər və Çatdırılma

AFN Transport avtomobil icarəsi xidmətini müştərilər üçün maksimum rahat şəkildə təşkil edir. İstənilən ünvana icarə avtomobili təqdim edir və çatdırılmasını həyata keçirir. Bakıda müxtəlif kateqoriyalar üzrə avtomobillərin icarəsi mümkündür. Müştərilərimiz ekonom, biznes, premium, SUV, mikroavtobus və avtobus siniflərinə uyğun nəqliyyat vasitələrini seçim edə bilərlər.
AFN Transport 2006-cı ildən etibarən təkcə Azərbaycanda deyil, Qafqazın aparıcı şirkəti olaraq avtomobil icarəsi sahəsində fəaliyyət göstərir və bu müddət ərzində müştərilərinə etibarlı və keyfiyyətli xidmət təqdim edir.